Ölən qardaşının maaşı verilmədi, qisasını belə aldı - MƏHKƏMƏ


  • 14:28

Ucarda kişi rəhmətə gedən qardaşının qisasını almaq üçün oğurluq edib.

E-huquq.az xəbər verir ki, bu barədə o, məhkəmədə ifadəsində bildirib.

Cinayət Məcəlləsinin177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs deyib ki, bir neçə ay əvvəl qardaşı Əliövsət Əhmədov rəhmətə gedib. Qardaşı rəhmətə getməmişdən bir il qabaq İbrahim adlı şəxsin fermasında aya 600 manata çoban işləyib. Qardaşı təxminən 4-5 ay İbrahimin yanında işləyib. İbrahim qardaşının maaşını əvvəllər versə də, son bir ayın maaşını verməyib. Buna görə də İbrahimin fermasına gedib oradan 2 baş qoyun oğurlamaq qərarına gəlib. Məqsədi isə qardaşının haqqının yerdə qalmaması olub. Bu məqsədlə yaşadığı evdən çıxıb piyada Ucar rayonu, Lək kəndində yerləşən İbrahimin fermasına doğru hərəkət edib. Oradan 2 ədəd dişi qoyun heyvanı oğurlayıb.

O, hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, eləcə də zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun ona qarşı şikayət və tələbin olmamasının, himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınıb barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Ucar Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər