- 21 May 19:29
Hacıqabulda 75 yaşlı piyadanı maşınla vurub öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, Hacıqabul Rayon Məhkəməsində hakim Orxan Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 4 il 2 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisində qeydə alınıb. Belə ki, avtomobil yolu keçmək istəyən 1949-cu il təvəllüdlü Tahir Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Şəbnəm Mehdizadə