Konstitusiya Məhkəməsində Ombudsmanın sorğusuna baxılacaq


  • 21 May 19:29

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin ali, orta ixtisas və peşə təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına dair müvafiq qərarlarının Konstitusiyaya uyğunluğunun yoxlanılması barədə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılması Plenumun icraatına qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 4-nə təyin edilmiş iclasında baxılacaq.

Oxşar xəbərlər