- 17:03
Bakıda söyüşə görə otaq yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Hikmət Muxtarovun məhkəməsi keçirilib
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hakim təqsirləndirilən şəxsə son söz verib.
Hikmət Muxtarov son sözündə özünün təslim olduğunun nəzərə alınmasını və məhkəmənin ədalətli qərar verməyini istəyib.
Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxuyub.
Hökmə əsasən, 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən il avqustun 4-ü gecə saat 1 radələrində Əliyar Əliyev küçəsindəki evlərdən birində qeydə alınıb. 1973-cü il təvəllüdlü Ülvi Qasımovun öldürülməsi barədə 17-ci polis şöbəsindən Nərimanov rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Hikmət Muxtarovun mübahisə zamanı bıçaq zərbələri ilə tanışı Ülvi Qasımovu qətlə yetirməsi müəyyən edilib.
Humay Eminqızı