- 23 May 21:20
Ağdamda 52 yaşlı kişi mal-qara oğurluğuna görə saxlanılıb.
E-huquq.az-ın məlumatına görə, o, məhkəmədə ifadəsində bu addımı övladının xəstəliyi ilə əlaqədar təcili pul lazım olduğuna görə atdığını bildirib.
Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxs tanımır, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur. Onun övladı xəstə olduğuna görə təcili pul lazım olub. Buna görə də o, oğurluq etmək qərarına gəlib. Oğurluq etmək üçün Ağdam rayon Çullu kəndini seçib. Çünki həmin kənd Soğanverdilər kəndində yaxın məsafədə yerləşir və həmiçinin həmin kəndi yaxşı tanıyır. O, Çullu kəndi ərazisində bir qədər gəzdikdən sonra oğurluq üçün ən əlverişli sonradan adının Tohid olduğunu bildiyi şəxsin heyvanları olduğunu müəyyən edib. Belə ki, Tohidin həyətinin giriş qapısı açıq olub. O, həmin qapıdan həyətə daxil olaraq tövləyə gedib. Tövlənin də qapısı açıq olduğundan rahatlıqla içəri daxil olub. Tövlədə təxminən 6-7 baş iribuynuzlu heyvan olub. O, həmin heyvanlardan bir baş erkək cinsi təxminən bir il yarımlıq olan heyvanı ipindən açaraq tövlədən çıxarıb. Oğurladığı dananı Gəncə bazarında satmaq qərarına gəlib. Çünki ətraf rayonların bazarlarında satarkən tutulacağından qorxub. Məhz elə bu səbəbə görə də o yaşadığı Bərdə şəhərindən tanımadığı taksi vasitəsilə Gəncə şəhəri ərazisinə gedib. Gəncə şəhəri ərazisində “Daşkəsən yolu” deyilən ərazidə yerləşən bazarın qarşısında dayanmış “Qazel” markalı avtomobilə yaxınlaşıb övladının xəstə olmasına görə bir baş iribuynuzlu heyvanını satmaq istədiyini bildirib və onunla birlikdə Bərdə rayonuna qayıdaraq dananı götürüb Gəncə şəhərinə gəlməsini xahiş edib. O da onunla razılaşıb. O adını bilmədiyi həmin Qazel sürücüsünə 140 manat pul verəcəyini bildirib. Bundan sonra onlar birlikdə Bərdə rayonu Soğanverdilər kəndinə gəliblər və orada həyətdə olan bir baş dananı dövlət qeydiyyat nişaşnı bilmədiyi Qazel markalı yük avtomobilinə yükləyərək Gəncə şəhərində yerləşən bazara aparıblar. Orada həmin dananı tanımadığı şəxsə 1200 manata satıb. Həmin puldan 140 manatını Qazel markalı avtomoiblin sürücüsünə verib. Yerdə qalan 1060 manatı isə cibinə qoyaraq Bərdə rayonuna qayıdıb və həmin pulu şəxsi ehtiyaclarına xərcləyib.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə