- 28 May 10:54
Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozmaqda təqsirləndirilən İlqar Babayevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə onun vəkili Vüqar Əliyev məlumat verib.
Onun sözlərinə görə, Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağlırovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə bəraət verilib.
Qeyd edək ki, İ.Bababyev ali məktəb tələbəsidir. O, Cinayət Məcəlləsinin 267.2-ci maddəsi ilə təqsirləndirilirdi.
Şəbnəm Mehdizadə