- 28 May 10:54
Göygöldə soyğunçuluqda təqsirləndirilən İbrahim Kərimovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Göygöl Rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.Kərimov Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 7 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, o, Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində "poz-qazan" lotereya biletlərinin satışı məntəqəsindən ümumi dəyəri 760 manat olan lotereya biletlərini qəsdən talayaraq soyğunçuluq edib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində deyib ki, maddi imkanı aşağı olduğundan həmin biletlərdən götürüb pozaraq pul qazanmaq istəyib.
Şəbnəm Mehdizadə