- 28 May 10:54
Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən Rəşid Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hakim məhkəmə tərkibində dəyişiklik barədə məlumat verib.
Tərkibə etiraz olmadıqdan sonra anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadə verib: “Gecə təxminən 10 radələrində evimə gəldi, içkili idi. Qapını açdım, əlində taxta ilə üzərimə hücum etməyə başladı. Nəyə görə məni taxa ilə vurduğunu bilmirdim, indi də bilmirəm. Mən onu dəvət etməmişdim evə, ona görə də gələcəyini gözləmirdim. Aramızda heç bir münaqişə olmayıb, bizdə fəhlə kimi işləyirdi. Hadisəni özümü müdafiə etmək məqsədi ilə törətmişəm. O, üzərimə hücum etdikdə özümü müdafiə etmək məqsədi ilə həyətdən evə qaçdım. Evə girən kimi jurnal masasının üzərində bıçaq var idi. Ani olaraq bıçağı əlimə aldım və Roman Əsgərova 1 dəfə bıçaq zərbəsi endirdim. Onu bıçaqladıqdan sonra qaçmağa başladı və evdən uzaqlaşdı. Bıçaqla əvvəlcədən hansı nahiyyəsinə zərbə endirəcəyimi düşünməmişəm. Onun məni vurduğu taxtanı sonra evə qoymuşam ki, sübut qismində polisə təqdim edim və dediyim kimi, polisə təqdim etdim”.
Qeyd edək ki, Rəşid Babayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı