- 12 Dekabr 21:34
Bakıda işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Yaqub Sultanovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Y.Sultanov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il, 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, 55 yaşlı Y.Sultanov zərərçəkmiş şəxsə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) bir sıra əməkdaşları ilə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanıb və onun sahə rəisi vəzifəsinə düzəlməsinə köməklik göstərəcəyini bildirib. Bu məqsədlə zərərçəkmişin 7500 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.
Şəbnəm Mehdizadə