"Lalafo.az"da elan paylaşdı, kibercinayətkarlığın qurbanı oldu


  • 28 May 07:53

"Lalafo.az" saytında elan yerləşdirən şəxs kibercinayətkarlığın qurbanı olub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, zərərçəkmişin "Opel Franteri" markalı avtomobili olub. 2023-cü ilin noyabr ayında həmin avtomobilin mühərrikini dəyişib yeniləyib, köhnə mühərriki satmaq qərarına gəlib. Bu məqsədlə mühərriki 1200 manata satmaq üçün 2023-cü ilin dekabr ayında "Lalafo.az" saytında elən yerləşdirib və öz mobil telefonunu göstərib. 12 yanvar 2024-cü il tarixdə təxminən saat 19 radələrində yaşadığı evdə olan zaman "WhatsApp" vasitəsilə bir nəfər ona zəng edərək mühərriki almaq istədiyini bildirib. Onunla danışan şəxs 1200 manat pulun müqabilində həmin mühərriki almaq istədiyini bildirİB və həmin məbləği ona göndərmək üçün ona kart məlumatlarını göndərməsini istəyib. O, həmin şəxslə razı olub oğluna məxsus bank kartının 16 rəqəmli kodunu ona təqdim edib. Qarşı tərəf isə 3 rəqəmli Cif nömrəsini də istəyib, o, 3 rəqəmli Cif nömrəsini də deyib. Bundan bir neçə dəqiqə sonra kartda olan və özünə məxsus 3650 manat puldan ilkin olaraq 3500 manat və sonra isə 150 manat pulunun çıxarılması barədə mobil telefonuna mesaj gəldikdən sonra dərhal həmin telefon nömrələri ilə əlaqə saxlasada, onlarla əlaqə saxlaya bilməyib. Bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və sonra isə rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət edib.

1994-cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3500 manat məbləğində cərimə olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər