Narkotik almaq üçün qohumunun evindən qızıl oğurladı


  • 28 May 08:12

Lənkəranda qohumunun evindən oğurluq etməkdə təqsirləndirilən Qədir Vəliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Lənkəran Rayon Məhkəməsində hakim Anar Pənəhovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q.Vəliyev Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 3 ay müddətə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Q.Vəliyev qohumunun evinə gizli şəkildə daxil olaraq çəkisi 3.3 qram olan, 585 əyarlı, 1 ədəd 1600 manat qiymətində brilyant qaşlı qızıl nişan üzüyü, çəkisi 1.7 qram olan, 585 əyarlı, 1 ədəd 155 manat qiymətində qızıl sepi, çəkisi 1,5 qram olan 585 əyarlı 130 manat qiymətində qızıl sırqanı oğurlamaqla zərərçəkmişə ümumlikdə 1885 manat ziyan vurub.

O, məhkədə verdiyi ifadədə narkotik vasitə almaq üçün bu yola əl atdığını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər