- 29 May 20:27
Sabirabadda xuliqanlıq etməkdə təqsirləndirilən şəxs cərimə olunub.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, 38 yaşlı kişi sərxoş vəziyyətdə Sabirabad rayon Həşimxanlı kəndində yerləşən çayxanaya gəlib masa arxasında əyləşəndən sonra təkidlə çayxananın sahibinin ona çay süzməsini tələb edib. Zərərçəkmiş isə ona çay süzməyi borclu olmadığını deyib. Bu səbəbdən aralarında mübahisə baş verib. Sonra sərxoş kişi orada olan şəxslərin gözü qarşısında çayxana sahibini nalayiq söyüşlərlə söyüb, masanın üzərində olan 1 ədəd çayniki, 3 ədəd stəkanı, 3 ədəd nəlbəkini, 2 ədəd külqabını, soyuducunun üzərindəki 10 ədəd pivə bakalını və çayxanadakı 1 ədəd kauçuk stolu sındıraraq ona 309 manat maddi ziyan vurub, sonra isə başı ilə zərərçəkmiş şəxsin sifət nahiyyəsindən zərbə vuraraq ona xəsarət yetirib.
Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülüb və o, məhkəməyə verilib.
Sabirabad Rayon Məhkəməsinin hökmü təqsirləndirilən şəxs 1000 manat məbləğində cərimə olunub.
Şəbnəm Mehdizadə