- 29 May 20:27
Bakıda yerdən tapdığı bank kartı ilə alış-veriş edən şəxs cəzalandırılıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, 40 yaşlı kişi Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində yerləşən “ölüxana” kimi tanınan avtomobillərin ehtiyyat hissələri mağazasının qarşısında yerdən bank kartını tapıb götürüb. Həmin kartla ayrı-ayrı vaxtlarda ümumilikdə 220 manat 86 qəpik məbləğində alış-veriş edib.
Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə