Bakıda qardaşı arvadını döyən şəxsə elektron qolbaq taxıldı


  • 28 May 09:53

Bakıda qardaşının həyat yoldaşını döyməkdə təqsiləndirilən Nicat Əliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Suraxanı Rayon Məhkəməsində hakim Nərminə Rzayevanın sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Əliyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, N.Əliyev Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində qardaşı arvadının qardaşı ilə yola getmədiyini əsas gətirərək irad tutub.Qadın buna cavab olaraq ondan evi tərk etməsini tələb edib. Onların arasında mübahisə baş verib. Bu zaman N.Əliyev yumruqla qardaşı arvadının sifət nahiyyəsinə bir zərbə vuraraq onu yerə yıxıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər