Bakıda soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxundu


  • 28 May 10:43

Bakıda soyğunçuluq etməkdə təqsirləndirilən Cavid Babayevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, C.Babayev 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, C.Babayev ötən ilin avqust ayında Bakı şəhəri, Nəsimi rayonu, Fuad İbrahimbəyov küçəsi 87 nömrəli evin açıq giriş qapısından yaşayış sahəsinə qanunsuz olaraq girdikdən sonra evin qonaq otağındakı paltaryuyan maşının üzərindən, içərisində 6500 manat nağd pul olan 75 manat dəyərində əl çantasını ələ keçirib. Oranı tərk edərkən evdə yatmış vəziyyətdə olan şəxsin yuxudan oyanaraq qışqırmasına məhəl qoymadan hadisə yerindən qaçıb. Ona qarşı Cinayət Məcəlləsinin 180.2.3 və 180.2.5-ci maddələri ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər