Bakıda qadın pul qarşılığında görüşdüyü əcnəbini soydu: "Hamiləyəm, həbs etməyin"


  • 28 May 10:54

Bakıda qadın pul qarşılığında görüşdüyü əcnəbinin pullarını oğurlayıb.

E-huquq.az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində keçirilən iclasda qadın deyib ki, təxminən 1 ildir ki, 200 manat pulun müqabilində "Instagram"da tanış olduğu istənilən şəxslər ilə cinsi münasibətə girib. Onun cinsi münasibətlərə girməyi maddi ehtiyacları ilə bağlı olub. Ötən ilin noyabr ayında saat təxminən 21 radələrində o, tək Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən “Malakan” hotelinin yaxınlığında gəzərkən xarici vətəndaşla tanış olub. Həmin şəxs onu mənzilə dəvət edərək onunla görüşmək istədiyini bildirib. Onlar görüşüb. Bu zaman görüşdüyü şəxs mənzilin yataq otağında olan çaprayının altından ona 200 manat pul verib. Qadın çarpayının altında pul olduğunu görüb. Kişinin hamamda olmasından istifadə edərək oradan pulları oğurlayıb.

2006-ci il təvəllüdlü qadın bir neçə gün sonra polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs məhkəmədə son sözündə əməlindən peşman olduğunu, dəymiş ziyanı könüllü olaraq qismən ödədiyini və hazırda hamilə olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə o, 7 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər