- 30 May 22:38
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi hakimi Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə zərərçəkmiş nazirliyin hüquqi nümayəndəsinin dəyişildiyi bildirilib.
Hüquqi nümayəndə dəymiş ziyanla bağlı mülki iddia qaldırıldığını və onu müdafiə etdiyini söyləyib.
Məhkəmə yeni nümayəndəyə cinayət işinə hazırlaşmaq üçün vaxt verib.
Qeyd edək ki, prosesdə dəymiş ziyandan 100 min manatın ibtidai istintaqda ödənildiyi bildirilib.
Cinayət işində 55 şahidin olduğu qeyd edilib. Həmin şahidlər gələn proseslərdə dindiriləcəklər.
Məhkəmənin növbəti iclası 18 iyun tarixinə təyin edilib.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriyi tanınıb.
Humay Eminqızı