Pensiya düzəltmək adı ilə dələduzluq edən şəxsə hökm oxundu


  • 29 May 13:56

Sabirabadda pensiya düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Vaqif Vəliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Vəliyev Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimələnib.

İttihama görə, V.Vəliyev aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq edib. Belə ki, o, tanışına keçirdiyi ürək əməliyyatına görə pensiya düzəltməyə kömək edəcəyinə dair yalan vədlər verib və onun ümumilikdə 3000 manat məbləğində pulunu ələ keçirib. V.Vəliyev məhkəmə istintaqı dövründə dəymiş zərəri ödəyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər