- 30 May 22:38
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib
O, Zaur Əsgərovun 7 il müddətinə, Gündüz Mirzəyevin də 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onların cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.
Zaur Əsgərovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmənin növbəti iclası 5 iyun tarixinə müəyyən edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb.
Humay Eminqızı