"Bəzən hakimlər elə qərarlar qəbul edirlər ki, məhkəmə icraçıları onu başa düşmür"


  • 30 May 16:10

"Bir çox hallarda hakimlər elə qərarlar qəbul edirlər ki, məhkəmə icraçıları həmin qərarların mahiyyətini tam dərk edə bilmirlər. Nəticədə, icraçılar yenidən hakimə müraciət edərək izahat tələb edirlər".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun fikrincə, bu problemin qarşısını almaq üçün Mülki və Cinayət-Prosessual Məcəllələrinə müvafiq dəyişikliklər edilməli və hakimlərin məsuliyyəti müəyyənləşdirilməlidir: "Hesab edirəm ki, bu halda işlər daha sürətli və səmərəli şəkildə irəliləyə bilər. Hakimlər icra məmurları ilə birbaşa və daimi əlaqədə olacaq, nəticədə məhkəmə qərarlarının icrası da təmin ediləcək"

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər