"Hakim biləndə ki, əməkhaqqısı cərimədən asılıdır, 1 yox, 10 mislini təyin edir"


  • 30 May 16:56

"Dünyanın bir çox ölkəsində əməkhaqqının müəyyən olunmasında müxtəlif iqtisadi, hüquqi və təşkilati meyarlardan istifadə olunur. Bu zaman işin məsuliyyəti, mürəkkəbliyi, tələb olunan bilik və bacarıqlar, həmçinin fiziki və zehni əmək səviyyəsi, əmək şəraiti kimi amillər nəzərə alınır. Lakin biz hüquq-mühafizə orqanları, məhkəmələr və inzibati cərimələr təyin edən digər qurumlara daha çox cərimə tətbiq etmək imkanı yaradırıq. Ona görə ki, onların sosial müdafiəsi həmin cərimələr hesabına güclənir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Deputat hesab edir ki, bu yanaşma yanlışdır və ondan imtina edilməlidir.

"Məsələn, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44-cü maddəsinə əsasən, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla 20 min manata qədər və ya cinayət nəticəsində vurulmuş ziyanın, yaxud əldə edilmiş gəlirin bir mislindən on mislinədək miqdarda müəyyən edilə bilər. Hakim biləndə ki, onun, məhkəmə orqanlarında çalışan digər şəxslərin əmək haqqı cərimədən asılıdır, əlbəttə o, bir yox 10 mislini təyin edəcək. Ona görə ədalət mühakiməsi üçün biz bu qaydaları qanunvericilikdən çıxarmalıdır", - deyə Q.Həsənquliyev bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər