- 13:21
"Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın növbəti məhkəmə prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, zərərçəkmiş şəxs məhkəmədə iştirak etməyib.
Təqsirləndirilən şəxs azyaşlı övladının olmasının nəzərə alaraq məhkəmənin qapalı keçirilməsini və jurnalistlərin məhkəmədə iştirak etməməsini istəyib.
Məhkəmə yerində müşavirə ilə qərar qəbul edib. Belə ki, təqsirləndirilən şəxsin üzünün görüntüdə düşməməsi şərti ilə videoçəkilişin səssiz formada aparılmasına icazə verilərək media nümayəndələrinin prosesdə iştirak etməsinə etiraz edilməyib.
Daha sonra dövlət ittihamçısı istintaq materialları ilə tanış olmaq üçün məhkəmənin hazırlıq iclasının təxirə salınması ilə bağlı vəsatət verib.
Məhkəmənin növbəti iclasını10 iyun tarixinə təxirə salıb.
Qeyd edək ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.
Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.
Humay Eminqızı