DTX-nin həbs etdiyi hakerə hökm oxundu


  • 3 İyun 15:38

Mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə ittiham olunaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan “Zeromap” MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə məhkəmənin sonuncu iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, Tural Əliyev 2 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib.

Bundan əlavə, o, kiberhücumlar nəticəsində xarici şirkətlərinin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.

Humay Eminqızı

Oxşar xəbərlər