- 4 İyun 17:55
Bakıda 39 yaşlı kişi sərxoş vəziyyətdə anasını döyüb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu qəsəbəsində baş verib.
Belə ki, anası içkili vəziyyətdə evə gəlməsini və nalayiq ifadələr işlətməsini oğluna irad bildirib. Bu səbəbdən aralarında mübahisə yaşanıb. Mübahisə zamanı o, anasının üz və baş nahiyyəsinə zərbələr endirib.
Qadının sözlərinə görə, oğlu dəfələrlə onu döyüb. Bu barədə Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəfələrlə müraciət edib. Ana deyib ki, evdə qızının iki azyaşlı uşaqları var, içkili olarkən gözü heç nə görmədiyindən, onun əlindən evdə qala bilmirlər, özü və nəvələrinin həyatı təhlükədədir.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə həmin şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 3 ay azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə