“BP”də işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxundu


  • 3 İyun 17:01

Bakıda dələduzluq etməkdə təqsirləndirilən Orxan Əliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanən sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, O.Əliyevə 3 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, O.Əliyev “BP” şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 3 nəfər qarşı dələduzluq edib. O, həmin şəxslərin ümumilikdə 11 200 manat pulunu ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər