- 4 İyun 17:55
Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi və Goranboy Rayon Məhkəmələrinin sədri dəyişilib.
E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, Abil Elmar oğlu Orucəliyev Şərur Rayon Məhkəməsinin, Hafiz Samir oğlu Əliyev isə Goranboy Rayon Məhkəməsinin sədri təyin edilib.
Qeyd edək ki, bu təyinatadək A.Orucəliyev Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, H.Əliyev isə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.