Azərbaycanda tanınmış hakimin oğlu hakim təyin olundu


  • 3 İyun 18:36

Azərbaycanda tanınmış hakimin oğlu hakim təyin olunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin olunan Tural Hüseynli Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynovun oğludur.

Qeyd edək ki, Mirbahəddin Hüseynov bu ilin dekabr ayında yaş həddi ilə əlaqədar təqaüdə göndəriləcək.

M.Hüseynov ötən ilin aprel ayında Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilmişdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər