“Badamdar Hotel & Residences”in mənimsəmədə təqsirləndirilən xəzinədarına hökm oxundu


  • 4 İyun 15:07

“Badamdar Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Badamdar Hotel & Residences”də külli miqdarda mənimsəmədə təqsirləndirilən Dünyamalı Qarayevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, D.Qarayev 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, D.Qarayevin həmin MMC-nin baş xəzinədarı vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməkdə və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə ona etibar edilmiş ümumilikdə 163 min manatdan artıq pul vəsaitini mənimsəməkdə təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər