“Təbriz” MTK-nın vəzifəli şəxslərinin məhkəməsi keçirildi


  • 5 İyun 15:36

“Təbriz” MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə N.Hacıyev qardaşının yaxın zamanlarda dünyasını dəyişdiyini və bu səbəbdən vəziyyətinin pis olması ilə əlaqədar məhkəmənin təxirə salınmasını istəyib.

Qeyd edək ki, N.Hacıyevin məhkəmə prosesi zamanı halı pisləşib. Məhkəmə zalına tibb işçisi dəvət olunub.

Məhkəmənin növbəti iclası 19 iyun tarixinə təyin edilib.

İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın tikilməkdə olan binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 171 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb.

Cinayət işi üzrə “Atlant” İstirahət Mərkəzinin üstünə həbs qoyulub.

Qeyd edək ki, “Atlant” İstirahət Mərkəzi Nabran qəsəbəsində dənizin kənarında yerləşir.

Humay Eminqızı

Oxşar xəbərlər