- 5 İyun 21:59
Bakıda quldurluq etməkdə təqsirləndirilən Leyla Zülfüqarovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Leyla Zülfüqarova 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Məhkəmənin qərarı ilə təqsirləndirilən Leyla Zülfüqarovanın uşaqları atalarının himayəsinə verilib.
Qeyd edək ki, Leyla Zülfüqarova tanışları ilə birgə 20 Yanvar metrosunda bir nəfər şəxsə quldurluq etməkdə təqsirləndirilir. İttihama görə, o, sevgilisi və onun dostları ilə birgə qısqanclıq zəmnində tanışlarına qarşı quldurluq edərək zərərçəkənin telefonlarını və pulunu alıb satıb şəxsi zəmində istifadə ediblər. Digər şəxslərin cinayət işi üzrə ayrı məhkəmə keçirilir. Leyla Zülfüqarova Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələrlə təqsirləndirilib.
Humay Eminqızı