İşə düzəltmək adı ilə dələduzluq edən taksi sürücüsünə hökm oxundu


  • 5 İyun 16:26

Abşeronda işə düzəltmək adı ilə dələuzluq etməkdə təqsirləndirilən İlyas Cavadovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 8 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1968-ci il təvəllüdlü İlyas taksi fəaliyyəti ilə məşğul olarkan tanış olduğu şəxsə “Səngəçal terminalında” işə düzəlməsində köməklik göstərəcəyini yalandan vəd verib onu aldadaraq 1000 manat pulunu ələ keçirməklə dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə təqsirli bilinib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər