Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücüyə 6 il cəza verildi

Lənkəranda piyadanın ölümü ilə nəticlənən yol qəzası törətməkdə təqsirləndirilən Nazim Əliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Əliyev 6 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 30 yaşlı sürücü Lənkəran şəhərinin “Kiçik Bazar” deyilən ərazisində “DAEWOO” markalı minik avtomobili piyada A.Ağarzazadəni vurub. 29 yaşlı piyada hadisədən 1 həftə sonra müalicə aldığı xəsatəxana ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə