Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev təlimdə geniş çıxış edib - FOTO


  • 11:21

Cari ilin iyun ayının 3-dən 5-dək Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin sübut olunmasının spesifik xüsusiyyətləri” mövzusunda təlim təşkil edilib.

E-huquq.az xəbər verir ki, təlim prokurorluq, daxili işlər və vergi orqanlarının əməkdaşları, o cümlədən müstəntiqləri üçün nəzərdə tutulub.

Təlimin məqsədi peşə biliklərin artırılması, qabaqcıl istintaq təcrübəsi ilə tanışlıq, bu sahədə qurumlararası fəaliyyətin effektiv əlaqələndirilməsi, cinayət təqibi zamanı ortaya çıxan problemlərin həlli yollarının izahı olub.

Təlim proqramı çərçivəsində iyunun 5-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qəniyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin sübut olunması məsələləri" mövzusunda çıxış edib.

Hakim Faiq Qəniyevin leqallaşdırma və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayətlərə dair sübutların beynəlxalq təcrübəyə uyğun toplanması metodikası ilə bağlı praktiki nümunələr əsasında geniş izahı dinləyicilərin marağına səbəb olub.

Sonda hakim iştirakçıların mövzu ilə əlaqədar sualları cavablandırıb, habelə həmin cinayətlərin istintaqı ilə bağlı müasir tələblərə cavab verən taktiki üsulları və mövcud təcrübənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib.

Oxşar xəbərlər