Mağazalardan siqaret oğurlamaqda ittiham olunan şəxs cəzalandırıldı


  • 10 İyun 17:42

Ağcabədidə mağazalardan siqaret oğurlamaqda təqsirləndirilən Hüseyn Əliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Ağcabədi Rayon Məhkəməsində hakim Rəşad Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H.Əliyev 3 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, 28 yaşlı H.Əliyev Ağcabədi rayonu ərazisində yerləşən 2 mağazadan oğurluq edib. Belə ki, o, “Market” adlı mağazaya qanunsuz daxil olaraq həmin mağazadan 30 manat məbləğində pul və təxminən 700 manat dəyərində siqareti gizli talamaqla oğurlayıb. Bundan başqa, H.Əliyev “Şans” adlı mağazadan 100 manat məbləğində nəğd pul və təxmibən 600 manat dəyərində siqaret oğurlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər