Sabiq bələdiyyə sədrinə cəza istənildi


  • 11 İyun 11:13

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Fikrət Quliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini və 3 il müddətinə müəyyən vəzifə tutma hüququndan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən şəxsin vəkili çıxış edərək müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Məhkəmənin növbəti iclası 25 iyun tarixinə təyin edilib.

Qeyd edək ki, istintaqla Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin rüşvət alma təkrar və külli miqdarda törədildikdə, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə və vəzifə saxtakarlığı maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər