Qadını yarıçılpaq şəkilləri ilə şantaj edib 35 min pul aldı - MƏHKƏMƏ


  • 11 İyun 15:33

Qadını yarıçılpaq şəkilləri ilə şantaj edərək külli miqdarda pul almaqda təqsirləndirilən Sona Əhmədovanın cinayət işı üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, Sona Əhmədovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını təklif edib.

İbtidai istintaq zamanı məlum olub ki, Sona Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyəndə onun yarıcılpaq şəkilləri ilə şantaj edib. Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda Tavat Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.

S.Əhmədova barəsində cinayət məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər