- 10:58
Bakıda 48 yaşlı kişi həyat yoldaşını döyüb.
E-huquq.az-ın məlumatına görə, Elşən adlı şəxs həyat yoldaşı səhər saatlarında onu işə yola salmadığına və yatdığına görə qadına bədən xəsarətləri yetirib.
Məlumata görə, uzun müddətdir ki, onlar arasında ailə-məişət zəminində münaqişə olub.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Elşənə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
Şəbnəm Mehdizadə