DSX-nin mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların məhkəməsi başladı


  • 11 İyun 18:27

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançıların - Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun məhkəməsi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası 25 iyun tarixinə təyin edilib.

Qeyd edək ki, Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədova qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb.

Fuad Zeynalov insidentin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğunu deyib.

Humay Eminqızı

Oxşar xəbərlər