- 10:58
Bakıda bacısını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Təbriz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Təqsirləndirilən şəxsin əməli törədərkən tam anlaqlı olduğu və narkotik istifadəçisi olmadığı müəyyən edilib.
Məhkəmənin növbəti iclasında Təhminə Qasımovanın meyitini müayinə edən tibbi ekspertlərin məhkəmədə iştirakı təmin ediləcək.
Eyni zamanda dindirilməyən digər şahidlər də məhkəməyə şahid qismində çağırılacaq.
Məhkəmənin növbəti iclası 10 iyul tarixinə müəyyən edilib.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
1997-ci il təvəllüdlü Təbriz Qasımov Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı 2004-cü il təvəllüdlü Təhminə Qasımovanı boğaraq qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Humay Eminqızı