Bakıda oğul 89 yaşlı atasını döyərək öldürdü - MƏHKƏMƏ


  • 12 İyun 16:53

Bakıda 89 yaşlı atasını döyərək öldürməkdə təqsirləndirilən Emin Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib.

Vəfat etmiş İsmayıl Rəhimovun bədən xəsarətləri şəkillər vasitəsi ilə tədqiq edilib və fotosuna məhkəmə zalında baxılıb. Daha sonra ekspert rəyləri səsləndirilib.

Daha sonra Emin Rəhimov vəsatətlə çıxış edərək atasının ekshumasiya (məhkəmə-tibbi ekspertizanın və ya patoloji-anatomik tədqiqatların aparılması məqsədilə meyitin məzardan çıxarılması) edilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirilən şəxs məhkəmə istintaqının yekunlaşması üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 10 iyul tarixinə təyin edilib.

Qeyd edək ki, istintaqla 1969-cu il təvəllüdlü Emin Rəhimov martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimova baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər