- 13 İyun 20:51
Bakıda moped oğurlamaqda təqsirləndirilən Babək Vəliyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, B.Vəliyev Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib və ona 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, B.Vəliyev Biləcəri qəsəbəsində dəyəri 2.699 manat olan “Moon ZX50QT-30 White” markalı mopedi gizli olaraq talayaraq oğurluq edib. Məhkəmə iclasında təqsirləndirilən şəxs hadisəni törədən zaman içkili olduğunu deyib.
Şəbnəm Mehdizadə