Şirvan Apellyasiya Məhkəməsində “2025-ci il Konstitusiya və Suverenlik İli” çərçivəsində seminar keçirildi - FOTO


  • 13 İyun 17:36

2025-ci il 13 iyun tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında Azərbaycan Respublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurası tərəfindən “2025-ci il Konstitusiya və Suverenlik İli” çərçivəsində seminar keçirilib.

E-huquq.az-ın məlumatına görə, Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənlinin moderatoluğu ilə keçirilən seminarda Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev “Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyamız siyasi-hüquqi akt və tarixi sənəd kimi”, Ədliyyə Akademiyasının kafedra müdiri, h.e.d Mətanət Əsgərova “Zəfərdən suverenliyə gedən yol: Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni və qüdrətli Azərbaycan” mövzusunda məruzələr ediblər.

Seminarda, həmçinin Ali Məhkəmənin Cinayət, inzibati və plenum işlərinin təşkili şöbəsinin müdir müavini, h.f.d. Vüqar Bayramlı, həmin məhkəmənin Məhkəmə təcrübəsinin təhlili şöbəsinin mülki işlər məhkəmə təcrübəsi sektorunun müdiri, h.f.d. Nazənin Hüseynova çıxış ediblər.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə Şirvan Apellyasiya Məhkəməsinin Aparatının və məhkəmənin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin əməkdaşları iştirak ediblər.

Oxşar xəbərlər