- 15:32
Bakıda özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək çox sayda vətəndaşa qarşı dələduzluq əməli törətməkdə təqsirləndirilən Vüsal Bağırovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi dəyişdiyi və məhkəmə istintaqı yeniləndiyi üçün anket məlumatları dəqiqləşdirilib.
Daha sonra ittiham aktı elan edilib.
İttihama görə, Vüsal Bağırov zərərçəkmiş şəxslərin evlərini təmir etmək barədə yalan vəd verib aldadaraq xeyli miqdarda ziyan vurmaqla onların pullarını ələ keçirib.
Təqsirləndirilən şəxs iş üzrə özünü təqsirli bilmədiyini bildirib.
Məhkəmənin növbəti iclasında təqsirləndirilən şəxs dindiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə 23 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Vüsal Bağırov 2022-ci ildə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ittiham irəli sürülüb. Lakin sonradan cinayət qurbanlarının sayı və dəymiş zərərin məbləği kəskin artıb.
Daha sonra V.Bağırovdan yeni şikayətlər daxil olub və onun ittiham edildiyi maddə dəyişdirilərək cinayət işi 178.3.2-ci, yənii külii miqdardr zərər vurmaqla dələduzluq maddəsinə tövsif edilib.
Humay Eminqızı