Bakıda avtotəmir sexində dava: Pula görə iş yoldaşını döydü


  • 15:32

Bakıda avtomobil ustası iş yoldaşını döyüb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. İş yoldaşları arasında mübahisə pul üstündə yaşanıb.

Belə ki, hadisədən 5 gün öncə eyni avtotəmir sexində çalışan Ramin avtomobil təmir etmək üçün Əmrahdan ona kömək etməsini istəyib və bunun müqabilində 50 manat pul verəcəyini deyib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əmrahın sözlərinə görə, Ramin, pulun bir hissəni verib. Daha sonra Əmrah Ramilə zəng edərək pulun qalan hissəsini istədikdə Ramin avtomobili təhvil verdikdən sonra pulunu verəcəyini deyib. Əmrah pulun təcili lazım olduğunu dedikdə isə onlar arasında mübahisə baş verib. Söhbət zamanı Ramini onu təhqir edib. Əmrah gecə təxminən 1 radələrində o taksi ilə həmin avtotəmir sexinə gedib Ramini çölə çağırıb. Ramin çıxdıqda söhbət edərkən aralarında mübahisə yaranıb və Ramin əli ilə onu üzündən itələyib. Əmrah bundan qəzəblənərək yumruqla bir neçə dəfə Raminin baş və sifət nahiyələrindən vurub onu yerə yıxıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər