Məhkəmə "Beniz" ləqəbli tiktokerin vəsatətini təmin etmədi


  • 17:47

"Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın növbəti məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Xalid Kərimov məhkəmədə iştirak etməyib.

X.Kərimovun vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin onkoloji xəstə olduğunu və məhkəməyə gələ bilmədiyini nəzərə alaraq məhkəmə iclasına videokonfrans vasitəsi ilə qoşulmasını istəyib.

Vəsatət baxılmadan saxlanılıb.

Daha sonra məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı vəsatət verilib. Məhkəmə vəsatəti təmin etməyib.

A.Xəlilovanın vəkili müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. A.Xəlilova X.Kərimov ilə barışıq əldə edildiyini bildirib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclasını 12 avqust tarixinə təxirə salıb.

Qeyd edək ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər