- 16:03
"Yarandığı andan 20 il ərzində Məhkəmə-Hüquq Şurası uğurlu və şərəfli yol keçib".
E-huquq.az bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda söyləyib.
"Əminliklə deyə bilərik ki, Məhkəmə-Hüquq Şurası və onun əməkdaşlarının 20 illik gərgin fəaliyyəti nəticəsində Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşıb. Onun ağır zəhməti nəticəsində bu gün məhkəmələr və hakimlər hüquq cəmiyyətinin ən görkəmli institutlarına və nümayəndələrinə çevrilmiş və ölkənin hüquq mühafizə sistemində layiqli və obyektiv mövqe tuturlar. Məhkəmə-Hüquq Şurası sovet üsulundan azad olunmuş dövlət idarəçiliyinin ən parlaq nümunələrindən biridir və müasir dövrümüzdə belə olaraq qalır. Mən bu nailiyyətlərə görə Məhkəmə-Hüquq Şurasının keçmiş Sədri, hazırda Konstitusiya Məhkəməsinin hakimi cənab Fikrət Məmmədovu və Məhkəmə-Hüquq Şurasının Sədri, Ali Məhkəmənin Sədri cənab İnam Kərimovu, habelə Şuranın hazırkı və keçmiş əməkdaşlarını ürəkdən təbrik edirəm. Son illərdə Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra islahatlar keçirilib. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 2023-cü ildən etibarən Məhkəmə-Hüquq Şurası əsasən hakimlər tərəfindən formalaşır və Şura hazırda hakimliyin yeganə özünüidarəetmə orqanıdır. Beləliklə, əgər əvvəl məhkəmə hakimiyyəti ilə Məhkəmə-Hüquq Şurası arasında distant, sıx, orqanik əlaqələr olmadığından, mahiyyətcə məhkəmə hakimiyyətindən kənar olan Şurada məhkəmə sisteminin qarşısında olan məsələlərə çatmaq üçün əlavə fəaliyyət göstərmə məsuliyyəti narahatlığı olsa da, görülmüş tədbirlər nəticəsində qanunvericə hakimiyyəti və təşkilati funksiyaları Məhkəmə-Hüquq Şurasına ötürmüş və nəticədə, bu gün hakimiyyətin bir qolunu təşkil edən məhkəmə hakimiyyəti özü-özünü effektiv və səmərəli şəkildə idarə edir", - deyə G.Kərimov əlavə edib.