"Hakimlər savadı, biliyi ilə yanaşı yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır" - Gündüz Kərimov


  • 11:09

"Məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması qanunçuluq, obyektivlik və qərəzsizlik prinsipləri ilə sıx bağlıdır".

E-huquq.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda söyləyib.

G,Kərimov deyib ki, çəhkəmə icraatının effektivliyinin yüksəldilməsi isə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə prosedurlarının səmərəli və effektiv keçirilməsi, qəbul edilmiş qərarların aydın və ağlabatanlığı, qərarı qəbul etmiş hakimin düşüncəsinin və qərarqəbuletmə bacarığının, qərəzlilikdən və qərarsızlığın əsləbərən olmaması ilə dəyərləndirilir:

"Bu gün, sadaladığımız həmin tələblərə cavab verən hakim korpusunun formalaşdırılması vəzifəsi yalnız və yalnız Məhkəmə-Hüquq Şurasının çiyinlərinə düşür. Arzu edirik ki, növbəti illərdə Məhkəmə-Hüquq Şurası məhkəmə icraatının effektivliyinin yüksəldilməsi və ümumən məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması səylərini daha da artsın. Cəmiyyətin bu etibarını və etimadını saxlamaq üçün mövcud və gələcək hakimlər savadı, biliyi ilə yanaşı yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır. Cəmiyyətimizdə məhkəmə hakimiyyəti yalnız öz qəbul etdiyi qərarların sayı, nüfuzu, hörməti və təkidi ilə birbaşa bağlıdır. Mən tam məsuliyyətlə və pafossuz deyə bilərəm ki, Məhkəmə-Hüquq Şurasının Sədri kimi hörmətli İnam müəllim yüksək mənəvi keyfiyyətlərə malik olan şəxsdir. Bu da bizə inam verir ki, gələcəkdə də bütün məhkəmə instansiyalarında, xüsusilə də ali Məhkəmədə hakim korpusu, savadlı, düşüncəsi və analitik qabiliyyəti ilə yanaşı, öz həmkarları, vəkil korpusu və hüquq ictimaiyyəti arasında böyük nüfuza malik olan şəxslər – yüksək mənəvi keyfiyyətlərə malik olan hakimlər vasitəsilə formalaşacaqdır. Məhkəmə sistemi kiçik bir ailədir. Özünəməxsus, ayrıca idarə olunan, hətta bəzən qapalı bir ailədir. Ölkədə hakimlərin sayı 600, 700, 800 ola bilər, bu əsas məsələ deyil. Bu kiçik spesifik ailə dövlətin ən ali sütunlarını qoruyub saxlayır. Onun müstəqilliyi çox önəmlidir. Xüsusilə vurğulamaq istərdim ki, nə qədər ki, məhkəmə sistemində hakimlərin seçimi, təyinatı və vəzifədə irəliləməsi heç bir ideoloji, qohumluq, dostluq və ərazi faktorlarından asılı olmayacaq, o qədər cəmiyyətin, habelə hakimlərin məhkəmə sisteminə müstəqilliyinə inamı artacaq, onun qəbul etdiyi qərarlara etibar möhkəmlənəcək, bu isə öz növbəsində qəbul edilmiş qərarların təsirinin sayını və keyfiyyətini artıracaqdır.

Oxşar xəbərlər