"Məhkəmə-Hüquq Şurasının yaradılması Azərbaycanın hüquqi islahatlar tarixində mühüm mərhələ olub" - Nino Kadagidze


  • 11:37

"Məhkəmə-Hüquq Şurasının yaradılması Azərbaycanın hüquqi islahatlar tarixində mühüm mərhələ olub"

E-huquq.az xəbər verir ki, bunu Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" adlı beynəlxalq konfransda söyləyib.

Sədr qeyd edib ki, məhkəmə şuraları müstəqil qurumlar kimi məhkəmə sisteminin idarə olunmasında əsas rol oynayırlar:

"Məhkəmə şuralarının vəzifəsi yalnız təyinatlar, yüksəlişlər və intizam məsələlərini nəzarətdə saxlamaq deyil, eyni zamanda məhkəmələri xarici təsirlərdən qorumaqdır. Gürcüstanda Ali Ədliyyə Şurasının da oxşar yol keçib, qəbul edilən qanunvericilik islahatları vasitəsilə Şuranın strukturu və vəzifələri təkmilləşdirilib, müasir və müstəqil məhkəmə sisteminin tələblərinə uyğunlaşdırılıb, Bu ortaq təcrübənin hüququn aliliyinin təmin olunması və demokratik idarəçiliyin inkişafında məhkəmə şuralarının nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir" - deyə sədr vurğulayıb.

Oxşar xəbərlər