- 17:50
Azərbaycanın sabiq ədliyyə naziri, hazırda Konstitusiya Məhkəməsinin hakim kimi fəaliyyət göstərən Fikrət Məmmədov "Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı" ilə təltif olunub.
E-huquq.az-ın məlumatına görə, medalı ona Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov təqdim edib.
F.Məmmədov bu təltifə görə Prezident İlham Əliyevə təşəkkür edib.
O, Məhkəmə-Hüquq Şurasının rəhbərliyinə uğurlar arzulayıb.
F.Məmmədov ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının bundan sonra da uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.