- 12 Dekabr 21:34
"Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olmaqla, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynayıb".
E-huquq.az xəbər bu fikirlər Prezident İlham Əliyevin "Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı qeyd edib ki, insan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir:
"Eyni zamanada ictimai münasibətlərin inkişafı, sürətlə artan rəqəmsallaşma və müasir dövrün digər tendensiyaları məhkəmə idarəçiliyi məsələlərinə yeni yanaşmaların tətbiqini zəruri edir. Əminəm ki, bugünkü konfransda aparılacaq müzakirələr məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlara cavabların axtarılmasına, bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcək